Uşaqlarda oxuma vərdişini necə formalaşdırmalı? Uşaq olan hər evdə kitab oxuma döyüşü yaşanır. Valideyn və müəllim qiraətin faydaları baradə uşağa çoxlu bilgilər verir. Evə onlarla kitab alınır. Amma çox vaxt vərəqləri belə açılmadan həmin kitablar masa üzərində aylarla oxucusunu gözləyir. Kitabı sevdirmək üçün ailə və müəllimin üzərinə düşən öhdəliklər nədən ibarət olmalıdır? Hansı kitaba nə vaxt başlamalı? Bunun üçün dəyərli oxucularımıza kömək olmaq məqsədilə internet materiallarına istinad edərək bu sahənin mütəxəssisləri ilə görüşüb, tanışlığımız olan ailələr arasında araşdırmalar apardıq. Maraqlı məqamlara aydınlıq gətirildi. Bu məlumatlarla sizi də tanış edək. Ailələr uşağı kitaba istiqamətləndirmək üçün özləri kitabı alıb evə gətirir. Amma kitab uşaqla birlikdə seçilməlidir. Uşağın hər cins kitabı almasına icazə verilməməlidir. Bu kitablar, şəkilli, şeir, xətt roman, lüğət, ensiklopediya da ola bilər. Kiçik yaşlı uşaqlar üçün alınacaq kitabların səhifələrinin dörddə üçü şəkil, dörddə biri yazı olması daha məsləhətlidir. Bu dövrdə uşaqlara bütün kitab növləri oxudulmalıdır. Ailədə uşağın yanında kitab oxunmalıdır ki, uşaq nümunə götürsün...
Şamil Nəcəfzadə: “İnsan həyatını da ailə təşkil edir”
Mənim üçün qeyri-təvazökarlıq olardı ki, deyim qızım Azərbaycan kinosunun gələcəyidir. Amma hər halda səmimi deyirəm ki, mən Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının müəllimi kimi ildən-ilə istedadlı cavanların yetişdiyinin şahidi oluram, kinomuzda onların nəfəsi var. İmkan yaranarsa, onlar öz sözlərini deyəcəklər.Filmləri tələbə filmi olmasına baxmayaraq, festivallarda mükafatlar qazanıblar...