MARY POPPINS

Şüarımız:
Biz uşaqlara özlərini tanımaq, ifadə etmək və əylənərək öyrənmək imkanı yaradırıq.

Misiyamız:
Klubumuzun misiyası 3-12 yaşlı uşaqların Howard Gardner-in “The Theory of multiple intelligence” (İntelektin müxtəlifliyi nəzəriyyəsi) əsasında inkişafını təmin etməkdir.

Məqsədimiz:
Klubumuzun əsas məqsədi nəzəriyyə əsasında müxtəlif metodlara uyğun inkişaf etdirici kurslar təşkil etmək və fəaliyyət göstərməkdir.

Prinsipimiz:
Klubumuz "ƏYLƏNƏRƏK ÖYRƏNƏK" prinsipinə uyğun şəkildə tədrisi təşkil edir və uşaqların bu prinsip vasitəsilə tədris prosesinə cəlb olunmasını təmin edir.

Metodumuz:
Kursların təşkili zamanı Montesori, Zayçev, Popov və digər metodlardan istifadə edilir. Kurslar əsasən interaktiv metoda uyğun olaraq uşaqlarla qarşılıqlı dialoq şəklində həyata keçirilir. Kurslar zamanı məntiqi oyunlar, şəkillər, video və audio yazılardan, məntiqi oyuncaqlar və digər didaktik materiallardan istifadə edilir.

Uşaqlarda inkişaf etdiriləcək xüsusiyyətlər:
Məntiqi və riyazi düşüncə | Rəng seçimi və onlardan istifadə | Dil bacarıqları | Musiqi-ritm duyğusu | Özünü təqdimetmə bacarığı | Oxumaq və yazmaq | Liderlik bacarıqları | Ətraf mühiti tanıma | Özünü tanıma | Yaddaş | Diqqət | Özünəinam | Təfəkkür | Təxəyyül


Klubun əsas fəaliyyət istiqamətləri:

I. DİL KURSLARI - Bu kurslar 3 yaş qrupuna (3-5, 6-8, 9-13) uyğun olaraq həftənin müxtəlif günləri müxtəlif saatlarda təşkil olunur. Dil kursları uşaqlarda dil bacarıqlarını, diqqəti, özünəinamı, yaddaşı, oxumaq və yazmaq bacarıqlarını inkişaf etdirir. Kurslar 3-5 yaşlı uşaqlar üçün Meşeryakovun metodikasına uyğun—aktiv dinləmə şəklində aparılır.
DİL KURSLARI - İNGİLİS, İSPAN, YAPON, ƏRƏB, FRANSIZ, ALMAN, RUS

II. MƏKTƏBƏ HAZIRLIQ - Bu kurslar 5-6 yaşlı uşaqları əhatə etməklə onların məktəbə həm mənəvi, həm psixoloji, həm də intelektual baxımdan hazırlanmasını təmin edir. Məktəbə hazırlıq kursları uşaqlarda sinif otağınada etiket qaydalarına əməl etməyi, dərs zamanı diqqətin formalaşdırılmasını, oxumaq, yazmaq yolu ilə özlərini təqdim etməyi inkişaf etdirir. Bu kurslar müxtəlif günlərdə və müxtəlif saatlarda həyata keçirilir ki, bu da uşaqların iştirakını asanlaşdırır.
MƏKTƏBƏ HAZIRLIQ - OXUMAQ, YAZMAQ, RİYAZİYYAT, ETİKET QAYDALARI

III. DİGƏR KURSLAR - Bu kurslar 3-10 yaşlı uşaqları əhatə etməklə müxtəlif yaş qruplarına uyğun olaraq həftənin müxtəlif günləri fərqli saatlarda təşkil olunur. Bu kurslar uşaqlarda diqqəti, təxəyyülü, yaddaşı, təfəkkürü, musiqi-ritm duyğusunu inkişaf etdirir, rəng seçimi və onlardan istifadə etmək, özünü təqdim etmək, ətraf mühiti dərk etmək kimi bacarıqları formalaşdırır. Bu istiqamətli kurslar uşaqların sosiallaşmasını, bir-birini anlamasını, ünsiyyətini asanlaşdırır.
DİGƏR KURSLAR - PİANO, GİTARA, RƏSM, ƏL İŞLƏRİ, TEATR, DÜNYANI TANITIM, YOQA


IV. XİDMƏTLƏR

UŞAQ PSİXOLOQU - Biz uşaqlarla bağlı psixoloji problemlərin həllində valideynlərə kömək edirik.

Davranış problemləriEmosional problemlərAilə problemləri
AutizmÖzünə inamsızlıqBoşanma
AqressivlikÖzünü qiymətləndirmə zəifliyiBalaca bacı/qardaş problemi
Söz dinləməməkQorxu və qorxulu yuxularÖgey ana/ata problemi
HiperaktivlikNarahatçılıqYaxınların ölümü
Diqqət əksikliyiUtancaqlıqStresli vəziyyət


LOQOPED - Uşaqların nitq qüsürlarının aradan qaldırılmasında valideynlərə kömək edirik.

NAĞIL TERAPİYASI - Nağıl terapiyası hər şeydən əvvəl özünü tanıma vasitəsidir. Nağıl vasitəsilə uşaqlar hisləri, duyğuları dərk edir, nağıl qəhrəmanlarını özləri üçün örnək seçir və müsbət hərəkətləri nağıl qəhrəmanlarından öyrənirlər.

Nağıl terapiyasının strukturuProqramın əsas vəzifələri
1. Salamlama1. İnkşaf: nitq, hisslər, qarşılıqlı münasibət
təxəyyül, təfəkkür, ətraf mühit
2. Nağılın təqdimatı2. Kollektivə adaptasiya
3. Müzakirə: nitqin inkşafı3. Yaradıcılıq bacarıqlarının inkşafı
4. Praktik hisssə: səhnələşdirmə
5. Rahatlaşdırıcı tapşırıq

Əlaqə vasitələri:

Ünvan: Akademik Mirəli Qaşqay küçəsi 24\91 (35 N-li məktəblə üzbəüz, 28 May metrostansiyasının yeni çıxışının yaxınlığı)
Tel.: 012 418-44-67, 012 441-54-49
Web: www.marypoppins.yuva.az
E-mail: marypoppins@yuva.az
Redaktordan
Araşdırma
Müsahibə
MARY POPPINS - YENİ
Sağlamlıq
Ailə psixoloqu
Ailə hüquqşünası
Ana gündəlikləri
Doğum hekayələri
Uşaqlıq xatirələrim
Balaca dostlar
Oxucu məktubları
Hekayə
Dekorasiya
Əcnəbilərlə evlilik
Moda
Fotoqalereya
Elanlar
Kitab oxuyursunuzmu?
Çox: İldə 21 kitabdan artıq
Orta: İldə 6-20 kitab arası
Az: İldə 1 ilə 5 kitab arası


May-İyun 2010


Veb: www.marypoppins.yuva.az
E-mail: marypoppins@yuva.az
Tel.: 012 418-44-67, 012 441-54-49